Azərbaycan dili Kampaniyası: Macbook Üçün Xallar və PEPE Token Topla

2025-10-11
Azərbaycan dili Kampaniyası: Macbook Üçün Xallar və PEPE Token Topla

Əsas məqamlar

  • Binance veb-platformasında Azərbaycan dilini istifadəyə verib və bu münasibətlə 30 günlük “AZ Web Roll Out” kampaniyasının 2-ci mərhələsini elan edir.

  • “Ana dilinə keç!” kampaniyasında iştirak edənlər əsas mükafat Apple MacBook Air dəyərində USDT, ümumi 1 Milyardlıq PEPE token və xallar qazana biləcəklər!

  • Bu mərhələnin əsas məqsədi daha çox xal toplayaraq (həm də PEPE mükafatı qazanaraq) Macbook Air uğrunda mübarizə aparmaqdır.

  • Qalib 30 günlük kampaniya boyunca gələn tapşırıqları yerinə yetirib ən çox voucher (PEPE Token) toplayan və yüksək həcm (Spot, Fyuçers, Convert) yaradan iştirakçıdan seçiləcəkdir.

Hörmətli Binanslı,

Sizə möhtəşəm xəbərimiz var!

Binance, Azərbaycan icmasına verilən önəmin bir göstəricisi olaraq, veb platformasında Azərbaycan dili dəstəyini ictimaiyyətə elan etməkdən qürur duyur. Bu mühüm irəliləmənin şərəfinə sadəcə azərbaycanlı istifadəçilərimiz üçün xüsusi mükafatlarla dolu "AZ Web Roll Out" kampaniyamızı elan edirik.

Bu kampaniya istifadəçilərimizi yeni dil seçiminə keçməyə təşviq etmək, yeni istifadəçilər qazanmaq və mövcud istifadəçilərimizin depozit və treyd vəsaitlərini artırmaq məqsədi daşıyır.

Kampaniya 19.11.2025 00:00 (UTC) - 18.12.2025 23:59 (UTC) müddətində keçiriləcəkdir! 

KAMPANİYAYA QATILMAQ ÜÇÜN KLİKLƏ!

Mükafatlar: MacBook Air və 1 Milyardlıq PEPE Mükafat Fondu! 

Kampaniyamızın şüarı: "Ana dilinə keç! Tapşırıqları tamamla, Macbook Qazan!". Bu həyəcanverici kampaniya boyunca müxtəlif tapşırıqları tamamlayaraq böyük mükafatlar əldə etmək şansı qazana bilərsiniz. Üstəlik hovuzdakı bütün məbləğ balansınıza keçdiyi anda istifadə etməyə başlaya bilərsiniz.

Tapşırıqları Tamamlayın - Macbook Air Qazanın! 

Kampaniya müddətində aşağıdakı tapşırıqları yerinə yetirən istifadəçilər ümumilikdə 1 Milyardlıq PEPE hovuzundan pay almaq və əsas mükafat olan Apple MacBook Air qazanmaq şansı əldə edəcəklər.

Böyük Mükafat: 1 ədəd Apple MacBook Air

Depozit Tapşırığı: Ümumilikdə 50 USDT depozit edən 2000 istifadəçi 100.000 PEPE dəyərində Token qazanacaq.

Spot Treyd Tapşırığı: Spot bölməsində ümumilikdə 50 USDT-lik ticarət dövriyyəsinə çatan 2000 istifadəçi 100.000 PEPE tokeni əldə edəcək.

Fyuçers Treyd Tapşırığı: Fyuçers bölməsində ümumilikdə 200 USDT-lik dövriyyəyə çatan 2000 istifadəçi 100.000 PEPE tokeni əldə edəcək.

Convert Treyd Tapşırığı: Convert bölməsində ümumilikdə 50 USDT-lik dövriyyəyə çatan 2000 istifadəçi 100.000 PEPE tokeni əldə edəcək.

Dostunu Dəvət Et Tapşırığı: Qeydiyyatdan keçib KYC yoxlamasını tamamlayan və ümumilikdə 10 USDT depoziti tamamlayan dostunu dəvət edən 2000 istifadəçi 100.000 PEPE tokeni qazanacaq.

Bütün azərbaycanlı istifadəçilərimiz bu həyəcanverici kampaniyaya dəvətlidir. Sizləri görməkdən çox məmnunuq, növbəti aylarda daha çox belə kampaniyalar mövcud olacaqdır.

Şərtlər və Qaydalar

  • Böyük mükafat - Macbook Air dəyərində token kampaniya qalibinin hesabına göndəriləcəkdir.

  • Macbook Air üçün yarışma əsnasında toplanılan voucher sayı və yaradılan yüksək həcmə görə bu seçim baş tutur. Yəni iştirakçılar hər gün verilən tapşırıqları tamamlayaraq voucherləri toplamalı və yüksək treydinq həcmi (Spot, Fyuçers, Convert) yaratmalıdır.

  • Bu tapşırıqlar üzrə mükafatlar məhduddur və dövri əsasda təqdim olunur. Mövcud bütün mükafatlar əldə edildikdən sonra siz artıq öz mükafatınızı tələb edə bilməyəcəksiniz. Zəhmət olmasa, yeni tapşırıqlar və mükafatlar üçün bizi izləyin.

  • Binance, öz mülahizəsinə əsasən, fırıldaqçılıq edən və ya müvafiq şərt və qaydalara əməl etməyən iştirakçıları yarışdan kənarlaşdırmaq hüququnu özündə saxlayır.

  • Binance, istənilən vaxt və yalnız öz mülahizəsinə əsasən bu tapşırığın və mükafatın şərtlərini əvvəlcədən xəbərdarlıq etmədən müəyyənləşdirmək və/və ya dəyişdirmək hüququnu özündə saxlayır.

Risk Xəbərdarlığı və İmtina Bəyənatı: Binance platformasında treyd risk daşıyır və iştirak etməzdən əvvəl bu riskləri diqqətlə nəzərdən keçirməlisiniz.

Fyuçers Ticarəti: Fyuçers ticarətində bütün sərmayənizi nisbətən qısa müddətdə itirmək ehtimalı yüksəkdir. Fyuçers Ticarəti Xidmət Sazişinin şərtlərini diqqətlə oxumağınızı və başa düşməyinizi tövsiyə edirik. Stop-loss və ya stop-limit kimi şərtli əmrlər bazar şəraitinə görə zərərinizi planlaşdırılan səviyyədə məhdudlaşdırmaya bilər. Fyuçers ticarətində icazə verilən leverage həm qazancı, həm də zərəri artıra bilər. Heç bir nəticə və ya performans zəmanət verilmir və keçmiş nəticələr gələcək göstəricilər üçün göstərici deyil.

Spot Ticarət: Spot ticarət hazırkı bazar qiymətləri ilə kriptovalyutaların alqı-satqısını əhatə edir. Leverage istifadə edilməsə də, spot ticarət bazar dəyişkənliyinə məruz qalır və bu da ciddi qazanc və ya zərərlə nəticələnə bilər. Qiymətlər sürətlə dəyişə bilər və yalnız itirməyə hazır olduğunuz vəsaitlə ticarət etməlisiniz.

Dəstəyiniz üçün təşəkkür edirik!

Binance Komandası

303.921.916 istifadəçi bizi seçir. Bunun səbəbini bu gün öyrənin.