Bitcoin (BTC) nədir?
Bitcoin bazarda ən populyar kriptovalyutalardan biridir. İlk dəfə 2009-cu ildə Satoşi Nakamoto tərəfindən təqdim edilən Bitcoin bazar kapitalizasiyasına görə hələ də əsas kriptovalyuta olaraq qalır. Bitcoin bazarda mövcud olan bir çox altcoin-in meydana gəlməsi üçün şərait yaradıb və rəqəmsal ödəniş həlləri üçün dönüş nöqtəsi olub. 2025-ci ilin may ayında Bitcoin 111 970 $-lıq yeni ən yüksək səviyyənin qeydə alınması ilə kriptovalyuta bazarında kapitalizasiyanı 3,5 trilyon $-a yüksəldib.
Dünyanın ilk kriptovalyutası olan Bitcoin dəyər baxımından uzun bir yol keçib. Bitcoin 2024-cü ilin dekabr ayında 108 000 $-ı keçərək ən yüksək səviyyəyə çatıb.
Fiziki BTC tokeni olmadığına görə Bitcoin rəqəmsal valyuta kimi fəaliyyət göstərir. Bitcoin tranzaksiyaları tam şəffafdır və onlara senzura tətbiq edilə bilməz, bu tranzaksiyalar maliyyə mübadiləsi üçün qlobal və senzuraya davamlı vasitə təmin edir. O, mərkəzləşdirilmiş bank və ya dövlət qurumu yerinə, "qovşaqlar" adlanan mərkəzləşdənkənar kompüterlər şəbəkəsi tərəfindən dəstəklənən maliyyə sistemidir və "mərkəzdənkənarlığı" təbliğ edir.
Bitcoin-in qiyməti niyə artıb-azalır?
Bitcoin-in qiyməti fəaliyyətə başladığı vaxtdan bir neçə səbəbə görə çox dəyişkəndir. Birincisi, kriptovalyuta bazarı hələ də ənənəvi maliyyə bazarları ilə müqayisədə kiçikdir və daha az likvidliyə malikdir. Bu, o deməkdir ki, böyük ticarətlər qiymət dəyişikliklərinə əhəmiyyətli dərəcədə təsir göstərir. İkincisi, Bitcoin-in dəyəri ictimai əhval-ruhiyyə və spekulyasiyalardan asılıdır, bu isə qısamüddətli qiymət dəyişiklikləri ilə nəticələnir. Mətbuatda əhatə olunma, nüfuzlu şəxslərin rəyləri və qanunvericilik dəyişiklikləri qeyri-müəyyənlik yaradır, tələb və təklif dinamikasına təsir göstərir və qiymət dəyişikliklərinə töhfə verir.
Başqa bir əsas amil Bitcoin tədarükünün məhdud olmasıdır. Sadəcə 21 milyon bitcoin zərb ediləcəyi üçün tələb dəyişdikcə qıtlıq qiymətin kəskin şəkildə dəyişməsinə səbəb ola bilər. Bu vəziyyət böyük tranzaksiyaları bazara əhəmiyyətli dərəcədə təsir göstərə bilən "balinalar" və ya böyük Bitcoin sahibləri tərəfindən daha da kəskinləşdirilir.
Birjanın xalis axınlarını, ETF axın tendensiyalarını, eləcə də Qorxu və Tamahkarlıq indeksi kimi əhval-ruhiyyə göstəricilərini izləmək Bitcoin-in bazar hərəkətlərini qabaqcadan təxmin etməyə kömək edə bilər.
Bitcoin nə vaxt yaradılıb?
Bitcoin 2009-cu ildə Satoşi Nakamoto ləqəbi ilə tanınan naməlum şəxs və ya qrup tərəfindən yaradılıb. Bu rəqəmsal aktiv mərkəzdənkənar, fərdlərarası şəbəkə və blokçeyn texnologiyasına əsaslanır, istifadəçilərə vasitəçilər olmadan tranzaksiyaları təhlükəsiz və anonim şəkildə göndərmək və qəbul etmək imkanı verir. Satoşi Nakamoto 2008-ci ildə Bitcoin-in yaradılmasını və prinsiplərini izah edən ağ kağız yayımladı. İlk Bitcoin tranzaksiyası 12 yanvar 2009-cu ildə baş tutdu və bir proqramçıya 10 bitcoin göndərildi. O vaxtdan Bitcoin alternativ dəyər saxlama vasitəsi və ödəniş sistemi kimi populyarlıq qazandı və maliyyə sahəsinə dəyişiklik gətirdi.
Bitcoin-in iş prinsipi necədir?
Bitcoin mərkəzdənkənar, fərdlərarası şəbəkə üzərində işləyir, fərdlərin vasitəçilər olmadan tranzaksiyaları həyata keçirmələrinə imkan verir. Tranzaksiyalar qeydə alınan tranzaksiya məlumatlarını saxlayan və doğrulayan əsas blokçeyn texnologiyası sayəsində şəffaf və təhlükəsizdir. Maynerlər mürəkkəb riyazi məsələləri hesablama gücü ilə həll edərək tranzaksiyaları təsdiqləyirlər. Həlli tapan ilk mayner kriptovalyuta mükafatı əldə edir və beləliklə yeni bitcoin-lər yaradır. Təsdiqləmədən sonra data mövcud blokçeynə əlavə olunur və daimi qeydə çevrilir. Bitcoin şəffaf və təhlükəsiz alternativ tranzaksiya üsulu təmin edir və ənənəvi maliyyə sistemini yenidən müəyyənləşdirir.
Növbəti Bitcoin yarılaması nə vaxt olacaq?
Dördüncü Bitcoin yarılaması 2024-cü ilin aprel ayında baş tutub. Növbəti yarılamanın dəqiq tarixi blok hündürlüyündən asılı olduğu üçün onu təxmin etmək çətindir. Yarılama hər 210 000 blokdan bir baş tutduğuna görə, növbəti Bitcoin yarılamasının 2028-ci ildə baş tutması gözlənilir.
Bitcoin yarılaması təxminən hər dörd ildən bir baş tutur və bu zaman blokları zərb etdiklərinə görə maynerlərə verilən mükafatlar yarıya endirilir. 2024-cü ilin aprel ayında baş tutmuş yarılamadan sonra hər blok üzrə mükafat 3,125 BTC-yə endirildi. Yarılama Bitcoin protokoluna deflyasiya edən valyuta kimi dəyərini qorumaq məqsədilə daxil edilib.
Bitcoin yarılaması BTC-nin qiymətinə təsir edir?
Dördüncü Bitcoin yarılamasından sonra kəskin qiymət dəyişiklikləri olmayıb. Analitiklər hesab edirlər ki, kriptovalyuta bazarı indiki halda əvvəlki yarılamalara nisbətən daha yetkindir. Qiymətin kəskin dəyişməməsinin səbəbi cari iqtisadi şərait də ola bilər.
Bazar əhval-ruhiyyəsi, qanunvericilik dəyişiklikləri və qlobal hadisələr kimi digər amillər də Bitcoin-in qiymətinə təsir edə bilər. Bitcoin yarılamasının iş prinsipini öyrənmək üçün Bitcoin yarılaması üzrə geri sayımımızı izləyin.
Bitcoin ticarət və alış üçün Binance-da listinq edilib. Bitcoin-in bugünkü qiyməti Binance-da real vaxtda yenilənir və əlçatandır.










