Əziz Binance İstifadəçiləri, Partnyorları və İcma Üzvləri,
Salamlar.
Bu sətirləri yazarkən 2025-ci il sona yaxınlaşır. Geriyə baxdıqda görürük ki, bu il üçün yazdığımız məktub əvvəlkilərdən həqiqətən də tamamilə fərqlənir.
On ilin böyük bir hissəsini başımızı aşağı salıb çox vaxt təzyiq altında, tez-tez sorğulanan, doğru yolu seçdiyimizi sübut etməyə məcbur qalaraq işimizi qurmağa sərf etdik – Bu il isə nəhayət başımızı qaldırıb geriyə baxanda nəfəsimizi kəsən bir mənzərə gördük: 300 milyon
Bu gün dünyada təxminən hər 27 nəfərdən 1-i kripto yolunda Binance-ə etibar edir. Rəqəmsal aktivlər artıq yalnız texnoloji həvəskarların maraq dairəsi və ya maliyyənin kənar bir guşəsi deyil — onlar gündəlik həyatın bir hissəsinə çevrilib.
Geriyə baxanda görürük ki, bu il bazardakı heç kim üçün asan olmadı. “Project Stargate” AI hayp dalğasından, “DeepSeek Monday” şokuna qədər bir çox sarsıntı yaşadıq. Ticarət gərginlikləri artdı, hətta bir mərhələdə ABŞ hökumətinin fəaliyyəti müvəqqəti dayandı və əsas məlumat açıqlamaları təxirə salındı — bazarlar sanki kor-koranə gedirdilər. Volatillik, “qara qu quşuları” və kəskin sentiment dəyişiklikləri daimi idi.
Amma məhz bu “dumanların” içində — istiqamətləri görməyin çətin olduğu anda — industriyamızın nə qədər canlı və möhkəm olduğunu gördük.
Requlyasiyanın yol göstərici işıqları yandı. 18 iyulda GENIUS Aktının imzalanması, sənayenin gözlədiyi ən güclü siqnallardan biri oldu: tənzimləmə artıq başımız üzərində sallanan Damokl qılıncı deyil, innovatorları qoruyan bir xəndəkdir. Bu gün əsas qlobal yurisdiksiyaların 70%-i artıq aydın çərçivələr tətbiq edir, yeni FASB mühasibat standartları isə şirkətlərin kripto aktivlərini “qara qutu” olmaqdan çıxarır. Diqqətlə baxan hər kəs üçün bir şey aydındır: kriptonun “Vəhşi Qərb” dövrü bitib. Daha sabit və proqnozlaşdırıla bilən yeni bir epoxa başlayıb.
Kriptonun tarixinin böyük hissəsində hekayələr qarşıdurmalar üzərində qurulmuşdu: mərkəzləşdirilmiş, yoxsa mərkəzsiz? Pərakəndə, yoxsa korporativ?
2025-ci ildə cavab aydın oldu: Birləşmə (konvergensiya).
Binance-də biz bunu birbaşa müşahidə etdik. Bu il pərakəndə istifadəçilər ürəyimiz olaraq qaldı — qlobal pərakəndə ticarət həcmi 125% artdı. Eyni zamanda institusional qəbul da sürətlənir: qlobal peşəkar investorlar arasında aparılan son sorğuda 30% artıq rəqəmsal aktivlərə sərmayə qoyduğunu, 40% isə bunu il ərzində etməyi planlaşdırdığını bildirdi. Davranışlar da bunu təsdiqləyir: Binance-də institusional ticarət həcmi illik 21% artdı.
Bu, daha böyük mənzərənin bir hissəsidir. ETF-lərə 30 milyard dollardan çox xalis giriş, BlackRock və Franklin Templeton kimi nəhənglərin təxminən 10 milyard dollar dəyərində dövlət istiqrazlarını on-chain mühitə daşıması bir şeyi göstərir: Wall Street artıq blokçeynin dilini öyrənib.
Bu ortaq həvəs likvidliyin ən dərin olduğu yerdə özünü göstərdi — Binance-də. 2025-ci ilin əksər günlərində qlobal BTC və ETH ticarət həcminin təxminən yarısı platformamızda baş verdi. Eyni zamanda, əsas on-chain əməliyyatların 60%-dən çoxu Binance Wallet vasitəsilə həyata keçirildi. Dalğa qalxanda, həm pərakəndə, həm də institusional istifadəçilər ən təhlükəsiz və axıcı limana yönəlir — və bu da bizi bu il 34 trilyon dollarlıq ümumi ticarət həcminə çatdırdı.
Onçeyn (zəncir daxili) və Ofçeyn (zəncir xarici) dünyalar arasında keçidi asanlaşdırmaq üçün tam Web3 təcrübəsini Alpha 2.0 ilə birbaşa birjaya gətirdik. Son bir ildə bu platforma 1 trilyon dollardan çox həcmi idarə etdi, 17 milyon istifadəçi yeni layihələri kəşf etdi və 782 milyon dollar dəyərində airdrop mükafatları aldı. Burada mərkəzləşdirilmiş və mərkəzsiz arasındakı sərhəd yox olur — sadəcə dəyər tapmağın zövqü qalır.
300 milyon istifadəçinin etibarı böyük bir məsuliyyətdir. Bu, təkcə nəhəng əməliyyat həcmlərini deyil, həm də istifadəçi vəsaitlərinin qorunmasını əhatə edir. Bu gün qürurla deyə bilərik ki, Binance dünyanın əsas rəqəmsal sərvət qoruyucularından birinə çevrilib: Proof of Reserves (POR) vasitəsilə açıq şəkildə təsdiqlənmiş istifadəçi aktivləri 162,8 milyard dollara çatıb.
Əbu-Dabinin beynəlxalq maliyyə mərkəzi olan ADGM-in FSRA qurumundan tam lisenziya almaq dünyanın ən sərt tənzimləmə imtahanlarından biridir — və biz bu ili uğurla keçdik. Qlobal miqyasda 29 sertifikat (ISO 27001, ISO 42001, PCI-DSS, SOC 1/2 daxil olmaqla) əldə etdik, qlobal standartlara uyğun Məsuliyyətli AI Çərçivəsi tətbiq etdik və şirkət miqyasında rəqəmsal dayanıqlılıq strategiyasını həyata keçirdik.
Sənaye məlumatlarına əsasən, 2023–2025 arasında əsas qanunsuz axın kateqoriyalarına birbaşa məruz qalmağımızı 96% azaltdıq. AI modellərimiz və risk nəzarət sistemlərimiz 5,4 milyon istifadəçi üçün 6,7 milyard dollar potensial fırıldaq itkisinin qarşısını aldı. Red Team-in saysız-hesabsız hücum simulyasiyaları nəticəsində fişinq uğursuzluq nisbətini 3,2%-dən 0,4%-ə endirdik. Bundan əlavə, xarici dələduzluqların hədəfi olan 50 mindən çox istifadəçiyə kömək edərək 11,7 milyon dollar vəsaitin geri qaytarılmasına dəstək olduq.
Kriptoda — maliyyənin hər sahəsində olduğu kimi — risk həmişə mövcud olacaq. Amma biz söz veririk ki, Binance-də etdiyiniz hər ticarətin, transferin və girişin arxasında təhlükəsizliyi əsas missiyası sayan və bu etibarı qazanmaq üçün çətin işləri dəfələrlə görməyə hazır olan bir təşkilat dayanır.
2025-in sonuna yaxınlaşarkən, biz hər zamankindən daha nikbinik. Əgər 2025 dumanın içində yol tapmaq idisə, 2026 üçün küləyin qalxdığını hiss edirik.
Makro trendlərə baxın:
Davam edən ticarət mübahisələrinə baxmayaraq, qlobal iqtisadiyyat bu il güclü artım göstərdi;
Texnoloji inqilab insan məhsuldarlığını kəskin artırmaq ərəfəsindədir (AI, Kvant, Füzyon);
Hökumətlər ev təsərrüfatlarına və bizneslərə daha çox fiat yönəldir (vergi güzəştləri, subsidiyalar);
Mərkəzi bank likvidliyi yenidən açır (FED balans genişlənməsini bərpa edir və faiz endirimləri davam edir);
Qarşıdan gələn RFIA / CLARITY Aktı Onçeyn (Zəncirüstü) aktivlər üçün “oyun qaydalarını” aydınlaşdıracaq (GENIUS-un “on-chain pul” üçün etdiyini tamamlayaraq).
Bu beş güclü qüvvə bazarı “qeyri-müəyyən genişlənmə”dən “müəyyən genişlənmə”yə itələyir. Bu o deməkdir ki, əsas istiqamət artıq aydındır: daha çox likvidlik və daha çox real istifadə.
Daha da həyəcanverici olan odur ki, kriptonun növbəti böyümə dalğası yalnız sentiment və haypa əsaslanmayacaq. Onu suveren səviyyəli kapital və korporativ tətbiqlər birlikdə hərəkətə gətirəcək.
Dövlətlər Bitcoin-i strateji ehtiyat kimi müzakirə etməyə başlayanda, on-chain aktivlər milyardlardan trilyonlara yüksələndə, bunu artıq sadəcə “buğa bazarı” adlandırmaq olmaz. Bu, maliyyə infrastrukturunun köklü şəkildə yenidən formalaşmasıdır.
Dünya necə dəyişsə də, Binance-in əsas missiyası dəyişmir: Pul Azadlığı. Biz “yol salanlar” olaraq qalacağıq. İstər ilk kriptonu yığımlarınızla alan gənc olun, istər milyardları idarə edən institusional treyder; istər Alpha ilə Web3-də yeni fürsətləri kəşf edin, istər Binance Pay ilə bir fincan qəhvə alın — biz həmişə yanınızda olacağıq.
Gələn il təhlükəsizlik, uyğunluq və təhsilə yatırımlarımızı daha da artıracağıq. AI əsaslı təhlükəsizlik layihələrindən tutmuş Binance Junior vasitəsilə yeni nəsil maliyyə savadlılığına, eləcə də Binance Charity-nin qlobal maliyyə inklüzivliyinə verdiyi dəstəyə qədər — bu günə qədər 43 milyon dollardan çox vəsaitlə 4 milyon insana kömək etmişik; təkcə 2025-də 270 mindən çox insana dəstək göstərmişik. Məqsədimiz odur ki, kripto yolunuzun hansı mərhələsində olmağınızdan asılı olmayaraq, Binance-də təhlükəsiz və etibarlı bir ev tapasınız.
2025-ci ildə etdiyiniz hər klik, hər ticarət və göstərdiyiniz hər bir etibar üçün təşəkkür edirik. Gəlin bu yolu birlikdə davam etdirək. Daha açıq və ədalətli maliyyə dünyasının addım-addım gerçəyə çevrildiyini birlikdə görək.
Və son olaraq: əgər Binance-in daha da yaxşı ola biləcəyini düşünürsünüzsə, məhz sizin kimi insanları axtarırıq. Bizə qoşulun, birlikdə BUIDL edək!
Yeni iliniz mübarək!
Yi He & Richard Teng
Binance Co-CEO-ları
31 dekabr 2025