Binance pul kisəsinə dair tez-tez verilən suallar

2023-10-23 13:45 tarixində yayımlanıb

1. Binance pul kisəsi nədir?

Binance pul kisəsi mərkəzdənkənar maliyyə (DeFi) sahəsində istifadəçiləri dəstəkləmək üçün nəzərdə tutulmuş Binance tətbiqi daxilində öz-saxlanc kriptovalyuta pul kisəsidir. Blokçeyn əsaslı tətbiqlərə (Dapp-lərə) rəqəmsal giriş nöqtəsi kimi çıxış edən bu xidmət istifadəçilərə kriptovalyutalarını idarə etmək, bir neçə zəncir üzrə token svopu aparmaq, gəlir qazanmaq və müxtəlif blokçeyn platformaları ilə interaksiya etmək üçün təhlükəsiz və rahat üsul təqdim edir. Binance pul kisəsi haqqında burada daha ətraflı öyrənin.

2. Binance pul kisəsindən istifadə etməyin hansı üstünlükləri var?

Binance pul kisəsi Web3 ilə əlaqə qurmağın ən asan yoludur. O, istifadəçilərə kriptovalyutalarını idarə etmək, bir çox zəncir üzrə token svoplarını icra etmək, gəlir əldə etmək və müxtəlif blokçeyn platformaları ilə interaksiya etmək üçün təhlükəsiz və sadələşdirilmiş üsul təklif edir.

  • Sadə: toxum frazaları və ya şəxsi açarlar barədə narahat olmadan Binance tətbiqinizdən istifadə edərək bir neçə saniyəyə pul kisəsi yaradın.
  • Rahat: Binance Körpü və digər provayderlərlə inteqrasiya sayəsində Binance pul kisəsi müxtəlif blokçeynlər arasında token svopunu daha əlverişli qiymətlərlə asanlaşdırır. Dapp-ləri araşdıra və bir kliklə səy göstərmədən gəlir yarada bilərsiniz.
  • Təhlükəsiz: MPC (çoxtərəfli hesablama) texnologiyası hər tranzaksiyanı idarə edir və aktivlərinizin təhlükəsiz olmasını təmin etmək üçün yeganə xəta nöqtəsini aradan qaldırır.

3. Binance Pul kisəsindən istifadə edərkən məndən hər hansı şəbəkə komissiyası tutulacaq?

Blokçeyn tranzaksiyaları şəbəkə komissiyalarını ehtiva edir. Qaz ödənişi kimi tanınan bu komissiyalar şəbəkədə tranzaksiyaları emal etmək və təsdiq etmək məqsədilə maynerlər və ya validatorlara kompensasiya məqsədilə tələb olunur. Dəqiq komissiyalar şəbəkə trafiki və istifadə etdiyiniz blokçeyndən asılıdır.

4. Binance pul kisəsi öz-saxlanc pul kisəsidir? Vəsaitlərimə nəzarət kimdədir?

Bəli, Binance pul kisəsi öz-saxlanc pul kisəsidir. Vəsaitlərinizə və aktivlərinizə tam nəzarət edirsiniz. Beləliklə, aktivlərinizi qorumaq və pul kisəsinin ehtiyat nüsxəsini çıxarmaq üçün yalnız siz məsuliyyət daşıyırsınız.

5. Çoxtərəfli hesablama (MPC) pul kisəsi nədir və necə işləyir?

Çoxtərəfli hesablama (MPC) genişləndirilmiş kriptoqrafiya təhlükəsizliyi mexanizmidir. O, şəxsi açarları bir yerdə saxlamaq ehtiyacını aradan qaldıraraq onları saxlamaqla bağlı ənənəvi üsulu dəyişir. Beləliklə, MPC açarların ələ keçirilmə riskini və sistemin zəifliyini azaldır.

Ətraflı məlumat üçün bu təlimata baxın.

6. Binance pul kisəmin ehtiyat nüsxəsini çıxarmalıyam?

Binance pul kisəsi əlavə təhlükəsizlik üçün müxtəlif yerlərdə saxlanan üç açar-bölüşmə yaratmaq məqsədilə çoxtərəfli hesablamadan (MPC) istifadə edir. Bu yerlərə bulud yaddaşı və cihaz daxildir. Yalnız sizə məlum olan bərpa parolundan istifadə edərək şifrələməni həyata keçirməklə buludda saxlanan açar-bölüşmənizi qorumağınız çox vacibdir. Ətraflı məlumat üçün bu təlimata baxın.

7. Binance pul kisəmi bərpa edə bilərəm?

Binance pul kisənizi bərpa edə bilərsiniz. Yeni cihazdan istifadə edərkən Binance tətbiqini əvvəl istifadə etdiyiniz bulud xidməti ilə əlaqələndirin və bərpa parolundan istifadə edərək açar-bölüşmənizin şifrəsini açın.

8. Öz toxum frazalarımı və ya şəxsi açarlarımı əldə edə bilərəm?

Binance pul kisəsi üçün toxum frazası yoxdur. Əvəzində, bu, müxtəlif yerlərdə şəxsi açar-bölüşmələri saxlamağınızı tələb edən MPC pul kisəsidir.

9. Pul kisəsinin bərpası parolumu unutsam, nə edə bilərəm?

Bərpa parolunuz Binance pul kisənizin bulud yaddaşında açar-bölüşməni şifrələmək üçün çox vacibdir. Parolunuzu unutsanız və cihazınıza girişi itirsəniz və ya Binance tətbiqini silsəniz, Binance pul kisənizə daxil ola bilməyəcəksiniz və Binance onu sizin üçün bərpa edə bilməyəcək.

Bərpa parolunuzu unutsanız, dərhal Binance pul kisənizin ehtiyat nüsxəsini çıxarmağınız təkidlə tövsiyə olunur.

Qeyd: Binance pul kisənizin yalnız ona daxil ola bildiyiniz halda ehtiyat nüsxəsini çıxara bilərsiniz. Binance pul kisənizə girişinizi itirdiyiniz halda, bunu edə bilməyəcəksiniz.

10. Yeni cihazda Binance pul kisəmi bərpa etdikdə köhnə cihazdakı Binance pul kisəmə hələ də daxil ola bilərəm?

Hazırda Binance tətbiqi yalnız bir cihazda girişi dəstəkləyir. Binance pul kisənizi eyni vaxtda bir neçə cihazda istifadə edə bilməzsiniz.

11. Əgər tranzaksiyam uğursuz olarsa, şəbəkə komissiyası ödəməliyəm?

Tranzaksiya icra edilib, lakin uğursuz olubsa, siz yenə də qaz ödənişi ödəməli olacaqsınız.

12. Vəsaitlərimi səhv ünvana göndərmişəmsə, geri ödəniş tələb edə bilərəm?

Vəsaitlərinizi səhv ünvana göndərmisinizsə, Binance geri ödəniş edə bilməyəcək. Tranzaksiyanı təsdiqləməzdən əvvəl ünvanın düzgünlüyünə əmin olun.

13. Binance pul kisəsindən istifadə etmək üçün kimlik doğrulamasını tamamlamalıyam?

Binance pul kisəsi öz-saxlanc pul kisəsi olsa da və istifadəçilərdən kimlik doğrulamasını tələb etməsə də, onun Binance tətbiqi daxilində yerləşdiyini qeyd etmək vacibdir. Bu səbəbdən, Binance pul kisəsi yaratmaq üçün siz doğrulanmış Binance istifadəçisi olmalı və Binance İstifadə qaydasına əməl etməlisiniz.

14. Əgər Dapp-də vəsait itirsəm, geri ödəniş tələb edə bilərəm?

Xeyr. Binance pul kisəsi istifadəçilərə Dapp-lərə giriş imkanı verən bir vasitə kimi xidmət göstərir və bu üçüncü tərəf protokollarının əməliyyatları ilə əlaqəli deyil. Buna görə də istifadəçilərə Dapp-dən istifadə etməzdən əvvəl müstəqil araşdırma aparmaq və onlarla interaksiyaya öz mülahizələri və etimad səviyyələri əsasında qərar vermək tövsiyə olunur.

 

İmtina: Binance pul kisəsi qeyri-məcburi məhsuldur. Bu məhsulun ehtiyaclarınıza cavab verib-vermədiyini qiymətləndirmək sizin məsuliyyətinizdir. Binance üçüncü tərəf tətbiqlərinə (Binance pul kisəsinə inteqrasiya olunmuş funksiyalar daxil olmaqla) daxil olmağınıza və ya onlardan istifadənizə görə məsuliyyət daşımır və mübahisəli tranzaksiyalar da daxil olmaqla bu tətbiqlərdən istifadənizlə bağlı yaranan hər hansı problemə görə öhdəlik götürmür. Binance pul kisəsi üzrə istifadə qaydasını diqqətlə nəzərdən keçirin və həmişə öz tədqiqatınızı aparın.

Binance pul kisəsi üzrə İmtina Bildirişi: Binance pul kisəsi üçüncü tərəf blokçeyn əsaslı tətbiqlərə rəqəmsal keçid kimi xidmət edən özünəxidmət kriptovalyuta pul kisəsidir. Binance pul kisəsi Xidmətləri Binance Barbados Limited tərəfindən təmin edilir. Binance pul kisəsi Xidmətləri Maliyyə Xidmətləri Tənzimləmə Orqanının və ya digər tənzimləyici orqanın nəzarəti altında deyil. Daha ətraflı məlumat üçün Binance pul kisəsi İstifadə qaydası və Risk Xəbərdarlığına baxın.
Binance pul kisəsi İstifadə qaydası linki:
https://web3.generallink.top/az-AZ/defiwallet/term-of-use

İndi qeydiyyatdan keçin – maksimum 100 USDT treydinq ödəniş güzəşti əldə edin (doğrulanmış istifadəçilər üçün)